Azərbaycanda doğuş zamanı növbəti ölüm faktı qeydə alınıb.
Ölüm hadisəsi Ağdaş rayonunda baş verib.
37 yaşlı rayon sakini Sevda Musayeva Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı keçirib.
Uşaq götürülsə də, əməliyyatdan sonra ana ölüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(qafqazinfo)