ABŞ-ın Kaliforniya ştatının Santa Klarita şəhərində yerləşən Saugus Liseyinə silahlı hücum təşkil edilib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 şagird həyatını itirib, 4 şagird isə yaralanıb. Hadisəni törədən şəxs yaralı olaraq ələ keçirilib.
Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, liseydə təhlükəsizlik səbəbi ilə dərslər bir günlük dayandırılıb.
Fəridə Qədirova