Rusiyada şübhəli polis şöbəsindən qeyri-adi metodla qaçdı - VİDEO


Rusiyada həbs edilən şübhəlinin polis nəzarətindən qeyri-adi tərzdə qaçdığı anların videosu yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyada bir nəfər gənc polis tərəfindən həbs edilərək binanın ikinci mərtəbəsində isitmə sisteminə qandallanıb. Şübəhli, polisin bir anlıq diqqətinin yayınmasından istifadə edərək qeyri-adi yola əl atıb. O, qandallandığı otağın isitmə radiatorunu qıraraq ikinci mərtəbədən tullanaraq bir avtomobilin üzərinə düşüb. Qandallandığı radiatorla birgə qaçmağa başlayan şübhəli bir neçə dəqiqə sonra gözdən itib. Həmin anlar kameralar tərəfindən anbaan qeyd edilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top