Fermerlər baş nazir Boris Consonu tənqid etdi - VİDEO


Seldən zərər görən bölgəni ziyarət edən İngiltərə baş naziri Boris Conson fermerlərin kəskin tənqidi ilə üzləşib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə şiddətli yağışlar sonrası yaranan seldən yüzlərlə fermer zərər görüb. Hadisə səbəbi ilə fermerlərlə görüşən Boris Conson onların tənqidi ilə qarşılaşıb. Fermelər Baş nazirin onları unutduğunu, gəlməkdə gecikdiklərini qeyd edərək, hadisəyə laqeyd yanaşılmasından şikayətləniblər.
Xatırladaq ki, son günlərdə İngiltərdə yağan leysan yağışları nəticəsində 1 nəfər ölüb, evlərini su basan yüzlərlə sakin isə təxliyə edilib.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top