Bu ölkədə etirazçı mitinqdə aslanla iştirak etdi - VİDEO


İraqda baş verən etiraz aksiyasında qəribə hadisə yaşanıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, etirazçılardan biri polisin aksiyaya itlə müdaxiləsindən sonra mtinqdə aslanla iştirak edib. O, aksiyaların davam etdiyi küçələrdə vəhşi heyvanın üzərinə bayraq bağlayaraq gəzməyə başlayıb.
Qeyd edək ki, İraqda etirazçılar oktyabr ayından başlayan aksiyaları polisin şiddətli müqavimətinə baxmayaraq davam etdirir.
Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top