Türkiyədə 4 bələdiyyə sədri saxlanıldı


Türkiyənin Şanlıurfa və Mardin vilayətlərinin bəzi rayonlarına rəhbərlik edən bələdiyyə sədrləri, terrorçuluq fəaliyyətləri ilə bağlı aparılan istintaq nəticəsində saxlanılıblar.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılanlar Şanlıurfa əyalətinin Suruç rayonuna bələdiyyə sədrliyi edən Hatice Çevik, Mardin vilayətinin Savur rayonunun bələdiyyə sədri Gülistan Öncü, Derik rayonunun bələdiyyə sədri Mülkiye Esmez və Mazıdağı rayonunda eyni vəzifəni icra edən Nalan Özaydındır. Saxlanılan bələdiyyə sədrlərinin hamısı HDP-dən (Xalqların Demokratik Partiyası) seçilib.
Qeyd edək ki, Mardin vilayətində bələdiyyə sədrlərindən əlavə terrorçularla yaxın əlaqələri olduğu iddia edilən daha 7 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top