Xırdalanda yaşlı qadını maşın vurdu


Xırdalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Xırdalan bazarının yaxınlığında qeydə alınıb. Belə ki, 1962-cı il təvəllüdlü Abdullayeva Sədaqət Bayram qızı yolu keçmək istəyərkən maşın vurun.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top