Azərbaycanlı Ukraynada saxta sənədlə yaşayış icazəsi almaq istədi


Ukraynanın Enerqodar şəhərində Azərbaycan vətəndaşı yaşayış icazəsi almaq üçün Miqrasiya İdarəsinə müraciət edib.

Azərbaycanlı sənəd qismində Azərbaycandan aldığı doğum haqqında şəhadətnaməni təqdim edib və başqa sənədi olmadığını deyib.

Bildirilir ki, onun 1981-ci ildə doğulmasına baxmayaraq, sənədin 1973-cü ilə aid olduğu müəyyən olunub. O, saxta sənəd istifadə etdiyinə görə cərimə ödəməyə məcbur edilib və Ukraynadan deportasiya olunub. //virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top