Bakıda idarəetməni itirən motosiklet sürücüsü quyuya düşüb


Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi 4 ünvanında qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü 1998-ci il təvəllüdlü Hüseynov Cavid Məhəmmədəli oğlu idarəetməni itirərək quyuya düşüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona büd sümüyünün sınığı diaqnozu qoyulub.//Report

DİGƏR XƏBƏRLƏR

Top