DSMF-nin 2020-ci il üçün büdcəsinin gəlir və xərclərinə dair sənəd I oxunuşda qəbul olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb. 

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub. 

Qanun layihəsinə əsasən, 2020-ci ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 3 392 594 770 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 1 238 683 400 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 168 911 370, qeyri-büdcə sektoru üzrə 1 985 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 80 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub. Sənəddə gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 426 914 030 manat götürülüb. Fondun 2020-ci il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 4 684 678 800 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 4 570 078 800 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 114 600 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 28 000 000, hamiləliyə və doğuşa görə 34 000 000, uşağın anadan olmasına görə 14 900 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14 500 000 manat, dəfn üçün 23 200 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33 900 000 manat proqnozlaşdırılıb. 

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanun layihəsi də Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda qəbul edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.

Qanun layihəsində gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 min manat və sair gəlirlərdən 30 000 manatlıq daxilolmalar hesabına təmin ediləcək.

Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 5 000 000 manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5 000 000 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 500 000 manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 2 000 000 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 000 000 manat, peşə standartlarının hazırlanması 2 000 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 43 000 000 min manatın yönəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

DİGƏR XƏBƏRLƏR

Top