Bu ilin sentyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 35,5% və ya artaraq 723,4 manat olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ayla - avqust ayı ilə müqayisədə aylıq nominal əməkhaqqı 21,6% artıb.
Məlumat üçün qeyd edək ki, orta aylıq nominal əməkhaqqının kəskin artmasına səbəb sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması olub.
İlkin Uğur