Dünya ölkələrində internetdən istifadə edənlərin sayı nə qədərdir? - SİYAHI


Azərbaycanda ümumi əhalinin 79,8%-i və ya 7 milyon 991 min 630 nəfərinin internetdən istifadə etməkimkanı var.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats - İWS) açıqladığı sonuncu hesabatda yer alıb.
Təşkilatın son hesabatında qeyd olunur ki, MDB və region ölkələri arasında internetdən istifadə edənlərin sayının ümumi əhaliyə nisbətinə görə, Azərbaycan Ukrayna və Türkiyədən sonra 3-cü sırada yer alıb. Ukraynada əhalinin 40,9 milyon nəfəri və ya 93,4%-i, Türkiyədə isə əhalinin 69,1 milyonu nəfərinin internetdən istifadə imkanları var.  
Region ölkələrində internetdən istifadə imkanları belədir: 
1.  Ukrayna - 93,4 %
2.  Türkiyə - 83,3 %
3.  AZƏRBAYCAN - 79,8 %
4. Qazaxıstan - 78,9 %
5. Rusiya - 76,1 %
6. İran - 76 %
7. Moldova  - 76,1 %
8. Belarus  - 74,4 %
9. Ermənistan - 72,4 %
10. Gürcüstan - 68,1 %
11. Özbəkistan - 52,3%
12. Qırğızıstan - 40,1 %
13. Tacikistanın - 32,4 %
14. Türkmənistan  - 21,2 %                                                                                                      
Məlumat üçün bildirək ki, 4,2 milyon nəfər əhalisi olan Küveytdə vətəndaşların 99,6%-nin internetə çıxış imkanları var və bu göstəriciyə görə Küveyt dünyada birinci sırada qərarlaşıb.
Əhalinin internetə çıxış imkanlarına görə ən yaxşı vəziyyət Avropa və ərəb ölkələrində müşahidə olunub.
Əhalinin sayına nisbətdə internetə çıxış imkanıları ən yüksək olan il 10 ölkə bunlardı:
1. Küveyt - 99,6 %
2. Qətər - 99,6 %
3. Andorra - 98,9 %
4. İslandiya - 98,6 %

5. Bəhreyn - 98,6 %
6. Birləşmiş Ərəb Əmirlikləri - 98,5 %
7. Norveç - 98,4 %

8. Lixtenşteyn - 98,1 %
9. Estoniya - 97,9 %
10. Danimarka - 97,8 %

Əhalinin internetə çıxış imkanlarına görə ən pis vəziyyət isə Afrika və Asiya ölkələrində müşahidə qeydə alınıb. 25,7 milyondan çox əhalisi olan Şimali Koreya dünyada internetdən ən az istifadə edə ölkədir. Bu ölkədə təxmini hesablamalara görə 20 min insanın internetə çıxış imkanı var ki, bu da əhalinin 0,1%-ə bərabərdir. İnternetə çıxış imkanı olanlar isə dövlət qulluqçuları və hərbçilərdir.
Əhalinin sayına nisbətdə internetə çıxış imkanıları ən aşağı səviyyədə olan il 10 ölkə bunlardı:

1. Şimali Koreya - 0,1%
2. Eriteriya - 1,3 %
3. Qərbi Saxra - 4,8 %
4. Brundi - 5,3 %

5. Mərkəzi Afrika Respublikası - 5,3 %
6. Çad - 6,5 %

7. Qvineya- Bisau - 7,7 %
8. Konqo - 8,6 %
9. Somali - 9,6 %
10. Madaqaskar - 9,8 %


İlkin Uğur
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top