Dünyanın ən gənc məzunu elektrik mühəndisi olacaq - 9 yaşında


9 yaşında universitet məzunu olacaq qızın kimliyi məlum olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandın Eyndhoven Texnologiya Universitetində təhsil alan Laurent Simon dünyanın ən gənc məzunu statusunu alacaq. Belə ki, 9 yaşında olan Laurent normalda 3 ilə tamalanan elektrik mühəndisliyi fakultəsini 1 ildən tez müddətdə tamamlayacaq. Məlumata görə, mart ayında universitetə başlayan tələbə son layihəsini bitirmək üzrədir.
Qeyd edək ki, sözügedən tələbə “ən gənc universitet məzunu” nominasiyası üzrə  “Guinness” rekordlar kitabına düşəcək.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top