"Əvvəllər tonu 500 AZN-ə aldığımız qazı indi bizə 1135 AZN-ə verirlər" - VİDEO


Bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu qarşısında maye qazın qiymətinin artması ilə bağlı aksiya keçirilib. Yeniavaz.com "kanal24"ə istinadən xəbər verir ki, etirazçılar zavodda istehsal olunan qazın çənlərdə saxlanıldığını amma yanacaq doldurma məntəqələrinə paylanmadığını iddia ediblər: "Hal-hazırda zovudun çənləri maye qazla doludur. Deyilir ki, bu qaz Sumqayıt şəhərindəki Polimer zavoda göndəriləcək, yanacaq doldurma məntəqələrinə isə xaricdən gətirilən maye qaz veriləcək. Halbuki, biz Polimer zavodun qaza olan tələbatının tam ödəndiyini və bu qaza ehtiyacı olmadığını bilirik. Əvvəllər tonu 500 AZN-ə aldığımız qazı indi 1135 AZN-ə verirlər".
Aksiyaçıların sözlərinə görə, maye qazın qıtlığı rayon və kənd yerlərində daha çox hiss olunub: "Bizə metan qaz almağı təklif edirlər. Neynirik metanı? Bizə maye qaz lazımdır. Bütün qaynaq işi görən obyektlər, kafelər, restoranların işini dayanıb. Hal-hazırda monopoliya yaradıblar. Qazı baha qiymətə balonla satırlar". Həmin videogörüntünü sizə təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top