Məşhur Xalq artisi təcili xəstəxanaya yerləşdirilib - FOTO

Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib. ​

Yeniavaz.com xəbər verir ki, bu barədə APA REN TV-ə istinadla məlumat yayıb.  

Telekanalın məlumatına görə, 76 yaşlı sənətçi ürək-damar cərrahiyyəsi şöbəsində müayinə olunur.

Həkimlər bundan sonra onun əməliyyat olunması və ya konservativ müalicəsi barədə qərar qəbul edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top