Bakıda 15 yaşlı oğlan itkin düşüb - FOTO


Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, noyabrın 5-i səhər saatlarında Keşlə qəsəbəsində yerləşən yaşadığı evdən çıxan Niyazi Hacıxanov bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun üzərində qara gödəkçə, qara şalvar və eyni rəngdə ayaqqabı olub.

Onu görənlərdən (055) 534- 86-40 nömrəsiylə əlaqə saxlaması xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top