İstefa edən Boliviya prezidenti: Evimə hücum ediblər


Dövlət çevrilişi səbəbilə istefa edən Boliviya prezidenti sosial şəbəkədən etirazçılara səslənib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Boliviya prezidenti Evo Morales sosial şəbəkədən dövlət çevrilişi edənlərin onun evinə hücum etdiyini bildirib. Haqqında qeyri-qanuni həbs əmri verildiyini də vurğulayan Evo Morales etirazçıları şiddətdən uzaq durmağa çağırıb: "Bütün olanlardan olduqca narahatam. Ölkəmizə şəffaf və etibarlı seçkilər arzu edirəm".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top