İctimai Şuraya yeni sədr seçildi


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, iclasda Qafqaz Regional Ekoloji Mərkəzin rəhbəri Mələk Şükürova İctimai Şuranın sədri, Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin üzvü Amin Məmmədov sədr müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova isə katib seçilib.

O qeyd edib ki, ETSN yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top