Azərbaycanda yeni radio açılır - "ANS ÇM"-in dalğasında


Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb. 

Ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, əvvəl 102,0 MHz tezliyində "ANS ÇM" radiosu yayımlanıb. 

DİGƏR XƏBƏRLƏR

Top