Oktay Gülalıyev təcili Türkiyəyə aparılır


Oktyabrın 29-u yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsi Türkiyədəki xəstəxanaların birində davam etdiriləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”a hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

O bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi müayinə ediblər: “Vəziyyəti ağır olduğundan müalicəsinin Türkiyədə davam etdirilməsinə qərarı verildi. Biz də razılıq verdik. Hazırda bununla bağlı hazırlıqlar görülür və sabah səhər saatlarında aparılması gözlənilir”.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib.

Hazırda yaralının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oktay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top