Baba qız nəvəsini diri-diri basdırmaq istədi


Hindistanda baba nəvəsini diri-diri torpağa basdırmaq istəyərkən polislər tərəfindən saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın Heydərabad şəhərində baş verib. Belə ki, avtobus dayanacağının yanından keçən avtomobil sürücüsü yol kənarında iki şəxsin torpaq qazdığını və birinin əlində körpə olduğunu görüb. Sürücünün dərhal polisə xəbər verməsi ilə polislər baba və onun dostunu hadisə yerində saxlayıblar. Saxlanılan şəxslərdən biri körpənin öldüyünü və buna görə də dəfn etdiklərini bildiriblər. Lakin, polislərin araşdırmasından sonra körpənin yaşadığı məlum olub.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Hindistanda qız uşaqlarına evləndklərində ödəniləcək cehiz səbəbi ilə maddi yük olaraq baxılır. Bu hal getdikcə artmaqda davam edir. İki həftə öncə də Hindistanın Uttar Pradeş əyalətində diri-diri torpağa basdırılmış qız uşağı tapılmışdı.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top