Goranboyda avtomobil motosikletlə toqquşdu, xəsarət alan var

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Qəzaya səbəb “Nissan Sedan” markalı maşınla motosikletin toqquşması olub. 

Nəticədə 1978-ci il təvəllüdlü Afdandil Teymurov ağır xəsarət alıb. Yaralı Goraboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun bədəninin əksər hissəsində qırıqların olduğu müəyyən edilib.

Fakla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top