Rusiyanın Baş naziri Dmitri Medvedyev yazıçı Leonid Zorini təbrik edib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Medvedyev bununla bağlı Zorinə teleqram göndərib və ona 95 yaşı münasibətilə təbriklərini çatdırıb.
Qeyd edək ki, Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (İndiki BDU – red.) bitirən yazıçı növbəti il Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub.
Dram və romanları ilə məşhur olan Zorin bir çox kitabların müəllifidir.