5 rayona qar yağır - FAKTİKİ HAVA


ETSN faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Yeniavaz.com-a bildirilib ki, Milli Hidrometeorologiya Departamentinin saat 16:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Pirallahıda 33 m/s, Tərtərdə 30 m/s, Sumqayıt və Bakıda 28 m/s, Bayıl yamacında 24 m/s, Xaçmaz və Qum adasnda 24 m/s,  Daşkəsəndə 23 m/s; Bərdədə 22 m/s, Çilovda 21 m/s, Ağdam və Nabranda 20 m/s, Zərdabda 18 m/s, Binə və Zabratda 17 m/s, Göytəpə və Şabranda 16 m/s, Neft daşlarında  23 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metr olub.

Məlumata görə, Sumqayıt, Bakı, Binə, Zabrat, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Ağsu, Kişçay, Xınalıq, Şabran və  Zaqatalada yağış yağıb.

Saat 07:07-dən saat 15:53-dək Zaqatalaya 37.7 mm yağıntı düşüb.

Daşkəsən, Gədəbəy, Qırız, Sarıbaş və Şahdağa qar yağıb.

DİGƏR XƏBƏRLƏR

Top