Prezidentin çıxışından sonra Baş Nazir başda olmaqla nazirlər Şamaxıya getdi


Prezident İlham Əliyevin Şamaxıdakı qəzalı məktəbin vəziyyəti ilə bağlı açıqlamasından sonra müvafiq qurumlar hərəkətə keçib.

Hazırda məktəbin qəzalı vəziyyətdə olan binasında avadanlıqların boşaldılmasına başlanılıb.

Bu dəqiqələrdə Baş Nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev hadisə yerindədir.

Qeyd edək ki, Şamaxı şəhər 2 saylı tam ortab məktəb binası üç mərtəbədən, iki korpusdan, 94 sinif otağından ibarətdi. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi 2005-ci ildə tikilib.1000-dən məktəblinin təhsil aldığı elm ocağında siniflərin, tavan, döşəmə və divarları qəzalı vəziyyətə düşüb. 

(Qafqazinfo)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top