Kamera görüntüləri olmasa inanmayacaqsınız - VİDEO


ABŞ-ın Corciya ştatında itin ev sahibini aldatdığı görüntülər izləyənləri təəccübləndirib.

Yeniavaz.com xarici KIV istinadən xəbər verir ki, ABŞ-ın Corciya ştatında naməlum bir it evə yaxınlaşaraq qapının zəngini basıb.

Bir müddət gözləyən it ev sahibi qapıya yaxınlaşan vaxt qaçaraq gizlənib. Bir neçə dəqiqə sonra həmin it yenə evə yaxınlaşaraq qapının zəngini basıb.

Ev sahibi qapını açmaq istəyərkən it yenidən hadisə yerindən uzaqlaşıb. Evin yiyəsi əvvəl nə baş verdiyini anlamayıb ancaq qapıya quraşdırdığı kamera qeydlərini izlədikdən sonra işin əsli məlum olub. 

DİGƏR XƏBƏRLƏR

Top