Xızıda 2 maşın toqquşub, 4 nəfər ölüb

Xızı rayonunda ağır yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat yayıb.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top