Nazirliyin səhvi "Azərsu"nu qınaq obyektinə çevirdi - QALMAQAL


İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzarət etdiyi "etender.gov.az" saytında yerləşdirilən yanlış məlumat mətbuatda "Azərsu" ASC ilə bağlı əsassız məlumatların yayılmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, dünən - 31.10.2019-cu il tarixində "etender.gov.az" saytında yerləşdirilən məlumatda "Azərsu" ASC-nin "Protean Construction" ASC ilə "Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi" barədə 1 milyon 480,5 min manat dəyərində müqavilə bağlandığı qeyd olunub.
Xəbər saytları isə bu məlumata istinad edərək əvvələr su və kanalizasiya xətlərinin çəkildiyi Babək prospektində yenidən su və kanalizasiya xətlərinin tikintisini tənqid ediblər.
Daha sonra "Azərsu" ACS-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açqılama verərək bildirdi ki, bu, yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur.
Anar Cəbrayıllı məsələ ilə bağlı Yeniavaz.com-a vediyi açıqlamada isə qeyd etdi ki, "etender.gov.az" saytında yerləşdirilən məlumat "Azərsu" ACS-nin daha əvvəl keçirdiyi tenderin nəticəsidir. Anar Cəbrayıllı bildirdi ki, məlumat "etender.gov.az"a yerləşdirilərkən səhvən yeni müqavilə kimi göstərilib.
Məlumat üçün onu da bildirək ki, "etender.gov.az"ın qeyd edilən tenderlə bağlı səhvi təkcə tarixlə bağlı deyil, eyni zamanda sayta tenderin qalibi olan "Protean Construction" ASC-nin yerinə "Azərbaycan Beynəlxalq Bankı"nın "VÖEN-i yerləşdirilib.


İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top