Nigeriyada qorxulu epidemiyadan 115 nəfər öldü


Nigeriyanın Katsina əyalətində sarı qızdırma epidemiyası səbəbi ilə çox sayda insan həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, əyalət xəstəxanasından verilən açıqlamada Katsinaya bağlı olan bir neçə bölgədə sarı qızdırma epidemiyası səbəbi ilə 115 nəfərin ödlüyü bildirilib.
Katsina əyalətində indiyə kimi 6729 nəfərə epidemiyaya görə peyvənd vurulub.
Ümumilikdə isə Nigeriyada sarı qızdırma epidemiyası əleyhinə peyvənd kompaniyası başladılıb, təxminən 900 min insana peyvənd vurulub.
Qeyd edək ki, sarı qızdırma epidemiyasına yoluxan şəxslərdə baş və əzələ ağrısı, mədə bulantısı, halsızlıq və gözlərdə sarılıq müşahidə olunur.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top