Trampın itə medal verdiyi foto saxta imiş - FOTONUN ƏSLİ


ABŞ prezidenti Donald Trampın İŞİD liderinə qarşı keçirilən əməliyyatda yaralanan itə medal verildiyi görüntülərin fotomontaj olduğu ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tramp öz "Twitter" hesabından Bağdadi əməliyyatında yaralanan itə medal verdiyi fotonu paylaşıb. Ancaq qısa vaxtda həmin fotonun saxta olduğu ortaya çıxıb. "Amerika qəhrəmanı" qeydi ilə paylaşılan həmin fotonun əslində Trampın Vyetnam qazisinə medal verdiyi görüntü olduğu bildirilib. Şəkildə Vyetnam qazisi yerinə qəhrəman elan edilən itin görüntüsü montaj edilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top