ABŞ səfəri zamanı Paşinyanın təyyarəsi okeanın üzərindən uça bilməyib - SƏBƏB


Ermənistanın Baş naziri Nikol Paçinyan özünə yeni təyyarə almağı planlaşdırır.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı Nazirlər Kabinetinin Aparat rəhbəri Eduard Ağacanyan verib.
Parlametdə deputalardan biri Ağacanyandan Nikol Paşinyanın ABŞ-a çarter reysi ilə uçmasının səbəbini soruşub. Ağacanyan bildirib ki, Baş nazirin təyyarəsi transatlantik uçuşlara qadir deyil.
"Təyyarə texniki olaraq okeanı keçə bilmir. Təyyarənin modernləşməsi üçün milyonlarla xərc tələb olunur. Bu cür uçuşları həyata keçirmək üçün pilotlarımızın da lisenziyaları yoxdur", - deyən Ağacanyan onu da bildirib ki, yeni təyyarə almaq məsələsi müzakirə olunur: "Hazırkı layner köhnədir və bəzi standartlara cavab vermir".
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top