Xırdalan körpüsündə baş verən dəhşətli qəzanın FOTOLARI


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.
Yeniavaz.com xəbər verir ki, Sumqayıt istiqamətində, Xırdalan dairəsi yaxınlığında Shacman dəhşətli qəza törədib. Yük maşını tunellə Xırdalana gedən yolu ayıran bariyerə girib. Nəticədə yük maşının kabinası kuzovundan ayrılıb. Qəzanın maşının yüksək sürətlə idarə edilməsi səbəbilə baş verdiyi bildirilir.
Həmin hadisənin fotolarını təqdim edirik:




***09:15
Bakı-Sumqayıt yolunda qəza baş verib.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, hadisə yolun "Ekologiya postu" adlanan hissəsində, tunelin yanında baş verib.

Sumqayıt istiqamətində hərəkət edən maşın baryerin içinə girərək iki hissəyə bölünüb.

Qəzanın maşının yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top