Yardım vədi ilə "Semoşka"ya aparılan ehtiyatda olan zabitə yaxın duran olmayıb - VİDEO

Bir neçə gün əvvəl həkim səhlənkarlığının qurbanı olan zabit Məmməd Quliyevin yardıma ehtiyacı olduğu barədə xəbər hazırlamışdıq. Həmin xəbərdən sonra Quliyevlər ailəsinə zəng edərək onlara kömək edəcəklərini bildiriblər.
M. Quliyevin xanımı Aytac Quliyeva Yeniavaz.com-a bildirib ki, yoldaşının xəstəliyi ilə bağlı xəbər yayımlandıqdan sonra onlara zəng edərək “Semoşka”ya aparıblar. Üç gün reanimasiyada qaldıqdan sonra, palataya köçürüblər. A. Quliyeva bildirib ki, palatada yoldaşına baxan olmayıb:
“Palatada bir gün qaldı, evdə uşaq vardı deyə yanına qohumumuzu yerləşdirdik. Həkimi ilə danışdım dedi ki, yanına adam ona görə lazımdır ki, yataq xəstəsidi birdən nəsə olsa tibb bacılarına xəbər etsin. Lakin səhəri gün həmin qohumumuz mənə zəng edib dedi ki, burada xəstəyə baxan yoxdu, deyirlər ki, aparın evdə baxın. Həqiqətən gəldim gördüm elə dediyi kimidir”. A.Quliyeva qeyd edib ki, bu mənzərədən sonra yoldaşını xəstəxanadan çıxarıb evə aparıb: “Həkimlərə dedim mən burada xəstəmi saxlaya bilmərəm tez necə gətirmisiz elə də aparın evimizə. Bizi ora aparmaq üçün zəng edən nömrəyə nə qədər zəng etdimsə açan olmadı”.
Kömək etmək istəyənlər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilər
Əlaqə nömrəsi : 055 407 35 25
Ölkə daxilinden köçürmələr e-manat və Milli Ön vasitəsilə həyata keçirilir.
Kapital Bank: 4169741325758934
Şəxsiyyət vəsiqəsi nömrəsi - AZE1 4 1 4 5 0 7 9
Ölkə xaricinden pul köçürmələri üçün hesab nömrəsi Kapital bank hesabi
38810944005997521110
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top