Bağdadidən sonra başına ən çox pul qoyulan terrorçular - FOTOLAR


İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin intihar etməsindən sonra ABŞ-ın başına ən çox pul qoyduğu terrorçuların siyahısı açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Bağdadinin ölümündən sonra FBI-ın terrorçular siyahısında birinci yeri Eymən əz Zəvahiri tutub. Hazırda Əl-Qaidə terror təşkilatının lideri olan Zəvahirinin başına 25 milyon dollar pul qoyulub. İkinci yerdə isə Saif Əl-Adəl adlı terrorçudur. Misir vətəndaşı olan bu terrorçu keçmiş polkovnikdir. 1998-ci ildə ABŞ-ın Kenyadakı səfirliyini bombaladığı üçün axtarışdadır. Onun barəsində əsaslı məlumatlar verənə 10 milyon dollar mükafat veriləcək. 3-cü yerdə isə Həsən İz Əl-Dindir. Livan vətəndaşı olan bu şəxs Hizbullah terror təşkilatının üzvüdür. Təyyarə qaçırmaq və ağır cinayətlər törətməkdə günahkar bilinir, başına FBI tərəfindən 5 milyon dollar pul qoyulub.
Qeyd edək ki, intihar edən İŞİD liderinin başına isə 25 milyon dollar pul qoyulmuşdu.



Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top