ABŞ-ın Texas ştatında universitetin məzun günündə tələbələrə silahlı hücum olub
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Texas polisinin verdiyi məlumata görə Qrinvill şəhərində yerləşən Texas A&M Universitet şəhərciyinin yaxınlığında keçirilən məzun gecəsinə olan hücum nəticəsində 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
Firəngiz Quliyeva