Kadırov Bağdadidən yazdı: "Səni özüm öldürəcəm..."


Çeçenistan lideri Ramzan Kadırov İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsi barədə xəbərlərə şübhə ilə yanaşıb.

Yeniavaz.com musavat.com-a istinadən xəbər verir ki, Çeçenistan respublikasının başçısı bu hadisənin terrorizmin kökünü kəsməyəcəyi düşüncəsində olduğunu bildirib.

"Əbu Bəkr Əl-Bağdadi yenə məhv edilib?" - deyə Ramzan Kadırov "Telegram"dakı hesabında istehzalı sual ünvanlayıb.

R.Kadırovun sözlərinə əsasən, hətta bu xəbərin doğru çıxması da çox az şeyi dəyişdirir. Onun fikrincə, Suriyada bütün terrorçuların kökünü kəsmək lazımdır.

Bundan başqa çeçen liderin yazdığına görə, əl-Bağdadinin öldürülməsi xəbərini alan kimi ağlına Taras Bulbanın öz oğluna söylədiyi belə bir cümlə gəlib: "Səni mən dünyaya gətirdim, elə özüm də öldürəcəm".

Xatırladaq ki, bu gün ABŞ mətbuatı İraq və Suriyada fəaliyyət göstərən terror qruplaşmasının rəhbərinin İdlib şəhərində məhv edildiyini xəbər edib.

Bununla bağlı Birləşmiş Ştatların prezidenti Donald Trampın Bakı vaxtı ilə saat 17-də vacib açıqlama verəcəyi gözlənilir.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top