Ekspertdən dəhşətli qəza ilə bağlı HƏYƏCAN TƏBİLİ - FOTOLAR


"Dünən baş verən bu qəzanın tam təfərrüatlarını bilməsəm də, bunun son vaxtlar ölkəmizin bəzi yollarında müşahidə etdiyim çox təlükəli bir yanaşmanın nəticəsi olacağını güman edirəm. Ortadan maneə ilə ayrılmış ikitərəfli yollarda, o cümlədən bu hadisənin baş verdiyi Bakı-Şamaxı yolunda əks tərəfə keçmək istənilən yerdə mümkün deyil".

Yeniavaz.com xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.
Ekspertin sözlərinə görə, belə yollarda əks tərəfə keçmək üçün növbəti geriyə dönmə yerinə qədər gedərək dönüb qayıtmalısan: "Bəzi sürücülər, xüsusən də yaxın yaşayış məntəqələrində yaşayanlar yolun digər tərəfinə keçmək üçün geriyə dönmə yerlərinə qədər gedib qayıtmamaq üçün əks istiqamətdə hərəkət edirlər. Bu vasitə ilə "qabağa düşmək" istəyirlər. Belə hərəkətin nəticəsi istənilən halda belə ola bilər. Dünənki hadisədə iki VAZ üz-üzə toqquşub (şəkillərdən aydın görünür). 2 nəfər yerindəcə ölüb, 3 nəfər ağır yaralanıb. Yol hərəkəti qaydaları ilə zarafat etməyin. Yolda zarafatlar, irəli düşmək üçün sadəlövh cəhdlər bağışlanmır".



Qeyd edək ki, dünən Bakı-Şamaxı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top