Polis pişiyi nəzarətə götürdü


Rusiya Federasiyası Tatarıstan Respubliksında həbsxanaya narkotik maddə daşıyan pişik həbsxana işçiləri tərəfindən yaxalanaraq polisə təhvil verilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tatarıstan Federal Həbsxana Xidməti məlumat yayıb. Məlumata görə, pişik həbsxanaya girməyə cəhd edən zaman yaxalanıb. Belə ki, sözügedən pişiyin boynundakı xalta da qəhvəyi rəngdə maddə aşkarlanıb və nəzarətə götürülüb.
Qeyd edək ki, pişiklər bundan əvvəl də narkotik maddə daşınmasında kuriyer kimi istifadə olunub.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top