Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edir


ABŞ prezidenti Donald Tramp Suriyada “Barış Pınarı” əməliyyatı ilə bağlı Türkiyəyə qarşı tətbiq etdikləri sanksiyaları ləğv etmək barədə tapşırıq verib.

Yeniavaz.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə D.Tramp Ağ Evdəki çıxışı zamanı məlumat verib.

Tramp bildirib ki, ABŞ-ı narazı salan nə isə baş verənədək sanksiyalar təxirə salınacaq. O, qeyd edib ki, Türkiyə tərəfindən aralarında əldə edilmiş razılaşmalara əməl olunmasa, bu ölkədən idxal olunan mallara olan rüsumları xeyli artıracaqlar.

Həmçinin Ağ Ev rəhbəri başqa ölkələri Türkiyənin Suriya sərhədində nəzarəti gücləndirmək üçün kömək olmağa çağırdıqlarını da qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top