Ramiz Mehdiyev AMEA-nın prezidenti oldu - YENİLƏNİB

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidentinin adı məlum olub.

Yeni prezident bu gün akademiyanın Ümumi yığıncağında seçilib.

AMEA-nın yeni prezidenti akademik Ramiz Mehdiyevdir.

85 yaşlı akademik səhhəti ilə əlaqədar istefaya gedib.


***17:00
Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

***16:03

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb. 

Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər.

Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilir.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top