Milli Elmlər Akademiyasının alimlərindən maraqlı elmi tapıntılar - Xiyar, velosiped, "cüllüt",.. - SİYAHI


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 85 yaşlı prezidenti, akademik Akif Əlizadə səhhəti ilə əlaqədar istefa verib.
Yeniavaz.com xəbər verir ki, akademik Akif Əlizadə son 6 ildir AMEA-nın prezidenti vəzifəsini icra edib.
Akademik Akif Əlizadənin rəhbərlik etdiyi dövürdə mətbuatın AMEA alimləri bir sıra maraqlı kəşflərilə mətbuatın gündəminə düşə bilib.
AMEA alimlərinin mətbuatda ən çox müzakirə olunan tapıntılarından biri yeni xiyar növünün yetişdirilməsilə bağlıdır. Belə ki, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları tərəfindən Ağsu Təcrübə Dayaq Məntəqəsindəki istixanalarda yeni xiyar növü yetişdiriblər.
AMEA alimlərinin daha bir maraqlı tapıntısı yeni velosiped modeli olub. AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salmanov  texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped modelinə patent əldə ediblər.
AMEA-nın Zoologiya İnstitutu təkcə yeni xiyar növü yetişdirməklə gündəmə gəlməyib, İnstitutun əməkdaşlarının apardığı  tədqiqatdan sonra  bəzi quşlara yeni adlar qoyulub. Belə ki, əvvəllər "maygülü" adlanan quş AMEA alimlərinin təklifilə "batağan" adlanıb.  Bundan başqa alimlər 20-dən çox quşa, o cümlədən "trinqa" quşuna "otluq cüllütü", "bekas"a "meşə cüllütü", "toğlugötürən"ə "saqqallı kərkəs" adları qoyublar.
Akademik Akif Əlizadənin rəhbərliyi dövürdə AMEA alimləri elmi fəaliyyətlərindən başqa musiqi sahəsində də nailiyyətlərə imza atıblar.
AMEA -nin Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun rəhbərliyi AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılması istiqamətində planlar hazırlanıb.

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top