Kərəm Həsənov vəzifəsini itirdi


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Yeniavaz.com xəbər verir ki, bununla da Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov komitə sədri kimi vəzifəsini itirib. O, 2009-cu ildən bu vəzifəni icra edirdi. 
Onun İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək bu alt-qurumda işləyib-işləməyəcəyi bəlli deyil.
Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top