Yaponiyada yeni imperator taxta çıxdı


Yaponiyada 190 ölkənin iki mindən çox nümayəndə heyətinin iştirakı ilə yeni imperatorun tacqoyma mərasimi keçirilib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Tokiyoda keçirilən mərasimdə ölkənin 126-cı imperatoru seçilən Naruhito Konstitusiyaya uyğun davranacağını, Yaponiya xalqının birliyini qoruyacağını və 550 min məhbusu əhv edəcəyini vəd edib.
Xatırladaq ki, imperator Naruhitonun babası  Akihito da 1989-cu ildə hakimiyyətə gələndə 2 mindən çox məhbusu əhv etmişdi.
Şəbnəm  Zahir

DİGƏR XƏBƏRLƏR

Top