Azərbaycanda məmur yük maşınının altında qalaraq öldü


Hacıqabulda ötən gecə yük avtomobili ilə vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.

APA-nın əldə etdiyi məlumata görə, Z. Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kəndi üzrə İcra Nümayəndəsi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top