Gəncə şəhərində 7 yaşlı məktəbli itkin düşüb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 22-də şəhərin Mahrasa Bağı ərazisində baş verib.
Belə ki, Gəncə şəhər 16 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 2012-ci il təvəllüdlü Əli Allahyarov yaşadığı evdən saat 12 radələrində məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə şəhər Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.