Gəncədə 17 yaşlı gənc qətlə yetirilib


Gəncə şəhərində qətl törədilib.

Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Əzim Elşad oğlu Verdiyev döş qəfəsindən bıçaqlanıb. 

O, ağır halda xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, Ə.Verdiyevin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, hadisə mərhumun qohumu tərəfindən törədilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.//Report

DİGƏR XƏBƏRLƏR

Top