Avtomobil mal-qaraya çırpıldı - xəsarət alanlar var


Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolun hərəkət hissəsində mal-qaranı vurub.

Nəticədə avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Hüseynov Xəyal Nəsiboğlu və maşında olan sərnişin, 1996-cı il təvəllüdlü Hüseynova Gündüz Vüqar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top