Torpağa basdırılan qumbara və tüfənglər ələ keçdi


Nardaranda kənd sakinin evindən torpağa basdırılmış silah və sursat aşkarlanıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər. 

Bildirilib ki, Sabunçu rayonu, 42-ci polis bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatları əsasında 1988-ci il təvəllüdlü Y.Əliyevin evinə və ərazisinə baxış keçiriblər. 

Bu zaman evin tövləsindən torpağa basdırılmış halda “RGD5” və “F1” tipli 3 ədəd qumbara, silah üçün kəmər, iki ov tüfəngi, həmçinin möhür və bəzi sənədlər aşkar edilərək götürülüb. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşın nəyə görə odlu silaha sahib olması barəsində araşdırma aparırlar. 

Qeyd edək ki, hazırda DİN əhalidən odlu silahların sistematik toplanması ilə məşğuldur. Bunun nəticəsidir ki, son 15 ildə Azərbaycanda odlu silahdan istifadə olunmaqla törədilən cinayətlərin sayı kəskin olaraq azalıb.

DİGƏR XƏBƏRLƏR

Top