Dərəyə düşən şəxsin meyiti tapıldı


Qusar rayonunun Quxur kəndi ərazisində mürəkkəb relyefli yüksək dağ massivində aparılan axtarış-əməliyyat tədbirləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, S.Sərxanovun meyiti Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən çətin keçilən ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, S. Sərxanov Buğur kəndi ərazisində yıxılaraq dərəyə düşmüşdü. Ərazi sərt qayalıqdan ibarət olduğu üçün onun meyitinin çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top