Ağır şəraitdə yaşayan məcburi köçkünlər kömək istəyirlər - VİDEO


Mingəçevirdə ağır şəritadə yaşayan məcburi köçkünlər “Qaçqınkom”a müraciət edirlər.

Mingəçevirdə 1993-cü ildən Puşkin məhəlləsindəki yataqxanada məskunlaşan 28 ailə Yeniavaz.com saytına ağır şəraitləri ilə bağlı müəraciət edərək aidiyyəti qurumlardan kömək istəyirlər.

Yataqxananın binası qəzalı vəziyyətdədir. Burada məskunlaşan ailələrin içərisində ikinci qrup Qarabağ əlili, ahıl yaşlı xəstə, əlil insanlar, azyaşlı uşaqlar, şəraitsizlikdən evlənə bilməyən gənclər yaşayırlar. Ailələr bərbad otqalarda, sementin üstündə, ifunət iyində, elektirik xətləri nasaz və soyuq divarlar arasında 27 ildir ki, xəstəliyə sinə gərərək yaşamaqdadırlar. Onların vəziyyətini ancaq göz ilə görmək kifayətdir. Orada məskunlaşan köçkünlər vəziyyətləri ilə bağlı “Qaçkınkom”a dəfələrlə yazılı müraciətlər etsələr də heç bir cavab almayıblar. Qarşıdan soyuq qış günləri gəlir deyən 70 yaşlı  məcburi köçkün şəhid yoldaşı  Qənirə Ələsgərova deyir ki, bura gələndə cavan gəlin olub: “İndi xəstə düşmüşük. Çox bərbad vəziyyətdə yaşayırıq, səsimizi eşidən yoxdur. Yaşadığımız bu bina qəzalı vəziyyətdədir. Şəhərin mərkəzində bazarın qarşısında yerləşmişik. Paltarlarımızı düz küçənin ortasına ip bağlayıb səririk. Yuyunmaq üçün hamam yox, ayaq yolu bərbad gündə, (ayaq yolunda yuyunuruq) artıq bu şəriatsizliyə dözə bilmirik. Xahiş edirik bizim səsimizi “Qaçkınkom”un nümayəndələrinə çatdırın. Elektirik xətləri nasazdır. Əgər bir dəfə bir yanlışlıq olsa bu bina yanacaq. Nəmişlikdən əllərimiz, ayaqlarımız tutulub. Sementin üstündə 27 ildir canımız çıxır. FHN gəlib baxıb bu vəziyyətə, yerli “Qaçkınkom” gəlib baxıb amma heç bir tədbir görmürlər”.

9 nəfərin yaşadığı bir otaqda yaşayan ikinci qrup əlil 62 yaşlı Abdullayeva Zəminənin özü xəstə olsa da 90 yaşlı anasına baxır. Onun vəziyyəti daha acınacaqlıdır. Dəfələrlə əllərində su qabı yıxılıb yenidən xəsarət alıb.

Digər köçkün Cəmilə Həsənova isə oğlunun 40 yaşına az qaldığını və evləndirməyə şəriati olmadığını deyir.

İkinci qrup Qarabağ əlilinin vəziyyətinin daha ağır olduğunu gördük. Onun ailə vəziyyəti digərlərindən də acınacaqlıdır. Həyat yoldaşı da ikinci qrup əlildir, hal-hazırda əməliyyat edilib, xəstəxanada müalicə alır. Köçkünlər deyir ki, aldığımız xəstəliklər hamsı yaşadığımız bu şəritsizlikdən, soyuqdan və buradakı gözlə görünən mikroblardandır. Onlar prezidentdən kömək istəyirlər. Bildirilər ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev bir dəfə gəlib şəraitlə tanış olub, amma heç bir tədbir görməyib. 

Gənc analar isə uşaqlarının təhsilinə görə narahat olduqlarını bildirdilər. Heç bir şəriati olmayan yataqxanada uşaqların dərs hazırlamaq imkanları yoxdur. Uşaqlar məktəbə də könülsüz gedir. Dərs oxumurlar. İki gündən bir xəstələnir, dərsdən qalırlar.

Məcburi köçkünlərin vəziyyəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan Yeniavaz.com-a bildirildi ki, komitə respublika ərazisindəki bütün məcburi köçkünlər və onların müvəqqəti məskunlaşma şəraiti barədə  məlumatlıdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edərkən məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bütün yataqxanaların qəzalı vəziyyətdə olduğu bir daha qeyd edilib, dövlətimizin başçısı bununla əlaqədar tədbirlər görülməsi barədə tapşırıq verib. 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni yaşayış sahələrinə köçürülüməsi üçün intensiv iş aparılır, qəsəbələr salınır. Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi mərhələləli şəkildə həyata keçirilir. Mingəçevir şəhərində və ətraf ərazilərdə yeni qəsəbələr salınan zaman qeyd edilən ünvanda yaşayan məcburi köçkünlər nəzərə alınacaq”.

DİGƏR XƏBƏRLƏR

Top